Belarusda prezident seçkiləri ilə bağlı səsvermə keçirilir
Kiyev, 26 yanvar, AZƏRTAC
Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
AZƏRTAC xəbər verir ki, səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 09.00) başlayıb və axşam saat 20:00-da başa çatacaq.
Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, bitərəf Anna Kanopatskaya, Liberal Demokrat Partiyasından Oleq Qaydukeviç, Belarus Kommunist Partiyasından Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasından Aleksandr Xijnyakdır.
Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karprenko mətbuata açıqlamasında bildirib ki, prezident seçkiləri üçün 486 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Səsvermənin yekun nəticələri fevralın 5-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən elan ediləcək.
Seçkiləri Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, Mərkəzi Seçki Komissiyasının nümayəndələri də müşahidə edirlər.
Qeyd edək ki, Belarusda prezident seçkiləri çərçivəsində yanvarın 21-dən 25-dək erkən səsvermə keçirilib. Bu müddət ərzində yanvarın 26-da seçki məntəqələrinə gələ bilməyəcək seçicilər səsvermə hüququndan istifadə edib. Beş gün ərzində seçicilərin 41,81 faizi Belarus Respublikası Prezidentinin seçkiləri üçün erkən səsvermədə iştirak edib.
İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı çıxmayıb
ABŞ hərbi xərcləri azaltmaq niyyətindədir
“Bloomberg”: Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları dayandıra bilər
Araşdırma: Tütün və alkoqolun azaldılması xərçəng hallarının qarşısını ala bilər
Tamar Çiburdanidze: USAID dezinformasiyalar yaymaqla hibrid müharibə aparırdı