Şimali Koreya yeni raket sınağı keçirib
Bakı, 26 yanvar, AZƏRTAC
Şimali Koreya gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. Bildirilir ki, raketlər müəyyən edilmiş hədəfləri dəqiqliklə vurub.
Raket sınağında iştirak edən KXDR lideri Kim Çen In bildirib ki, ölkənin silahlı qüvvələrinin təsir radiusu genişlənib.
Bu gün 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayır
Tənhalıq müəyyən xəstəliklərin riskini artıra bilər - ARAŞDIRMA
Monteneqroda 74 yeni çimərlik zonası yaradılıb