İlon Mask ifrat sağçı AfD-nin seçki kampaniyasına qoşulub
Berlin, 26 yanvar, AZƏRTAC
Amerikalı milyarder İlon Mask ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) seçki kampaniyasına qoşulub.
AZƏRTAC "Spiegel" qəzetinə istinadla xəbər verir ki, AfD-nin Halle (Saale) şəhərində təşkil olunan mitinqinə videokonfrans vasitəsilə qoşulan İ.Mask partiyaya dəstəyini bir daha ifadə edib.
İfrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) sədri Herbert Kikl də mitinq iştirakçılarına videomüraciət ünvanlayaraq, AfD-yi dəstəklədiyini vurğulayıb.
Xatırladaq ki, AfD-nin bu mitinqinə etiraz əlaməti olaraq Halle şəhərində radikal sağ əleyhinə daha bir nümayiş də keçirilib. Gün ərzində Almaniyanın bir sıra böyük şəhərlərində, o cümlədən Berlində də ifrat sağa qarşı mitinqlər təşkil olunub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Çin dünyada yüksəksürətli qatarların inkişafına mühüm töhfə verəcək
Çexiyada Karl körpüsünün ildönümü teatrlaşdırılmış şəkildə qeyd olunub
Gürcüstanın ümumi xarici borcu 25,5 milyard dollara çatıb
Türkiyə kəşfiyyatının rəhbəri İraqda danışıqlar aparıb
ABŞ-ın rüsumları Banqladeşin tekstil sənayesini xeyli zəiflədə bilər