×
A
A
A
Sazlamalar

Superliqa: "Qalatasaray"dan vacib qələbə

Bakı, 25 yanvar, AZƏRTAC

Türkiyə Superliqasında XXI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri "Qalatasaray" doğma meydanda "Konyaspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 22-ci dəqiqədə Viktor Osimhen vurub.
Bu nəticədən sonra xallarını 54-ə çatdıran "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. "Konyaspor" isə 21 xalla 14-cü pillədə qalıb.

İdman 2025-01-25 22:42:00