Azərbaycanın güllə atıcısı Almaniyada bürünc medal qazanıb
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münxen şəhərində keçirilən "H&N Kuboku"nda yüksək nəticə göstərərək bürünc medal qazanıb.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq üçüncü yerə layiq görülüb.
Turnirə yanvarın 26-da yekun vurulacaq.
Avropa çempionatı: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi açıqlanıb
Qərbi Azərbaycandan olan həndbolçu: Səbirsizliklə doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik
AFFA-nın aşağı liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb