Bakıda Çin Yeni ilinin qeyri-maddi mədəni irsi ictimaiyyətə təqdim olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Bakı sakinlərinə və qonaqlara Çin Yeni ilinin qeyri-maddi mədəni irsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbir “qızıl əjdaha”nın parlaq və şən rəqsi ilə başlayıb.
Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao səfirlik adından bütün iştirakçılara ən səmimi Yeni il təbriklərini çatdırıb və tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edib.
Tədbirin davamında interaktiv əyləncə proqramları, Çin Yeni ilinə özəl mantı bişirmə ustad dərsi və ənənəvi Çin rəqsləri ifa olunub.
Bayram tədbiri paytaxt sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb.
İstanbulun tarixi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib
Dövlət Turizm Agentliyi 2024-cü il üzrə onlayn xəbər bülleteni hazırlayıb
Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM