Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar
Ankara, 25 yanvar, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu və qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələrinin 6-cı Korpus komandanlığı və Birləşmiş Xüsusi Təyinatlı Əməliyyat Qrupunun ölkənin cənubundakı Kilis vilayətində yerləşdiyi əraziyə baş çəkiblər.
Türkiyə Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyəti Türkiyə ordusunun Suriya ilə sərhəddəki postlarından birində də olub.
S.Bayraktaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə Türkiyə ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən danışıb.
Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub
Hərbi Hava Qüvvələrində "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib
Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
Hərbi qulluqçularımız “AMAN-25” təlimində uğurla iştirak edirlər
Hərbi qulluqçularımız “Qış təlimi-2025”i uğurla başa vurublar VİDEO