Münxendə 23 polis avtomobili yandırılıb
Berlin, 25 yanvar, AZƏRTAC
Münxendə Bavariya polisinin kinoloji xidmətinin nəqliyyat parkında 23 avtomobil yanıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, yanğın dərhal söndürülüb və hazırda genişmiqyaslı təhqiqat aparılır, hadisənin səbəbləri araşdırılır.
Polis idarəsinin nümayəndəsi yanğının təxribat nəticəsində baş verə biləcəyini istisna etməyib. O, hadisənin fevralın ortalarında keçiriləcək Münxen Təhlükəsizlik Konfransı ilə əlaqəli olub-olmamasının da ehtimal kimi dəyərləndirildiyini bildirib.
Yanğının son illərdə Münxendə və ətrafında bu qəbildən hadisələr törətmiş solçu ekstremistlər tərəfindən törədilə biləcəyi də ehtimal edilir. Belə qrupların əsas hədəfləri adətən infrastruktur obyektləri və inşaat texnikaları olub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Aral dənizinin şimalında su balansı bərpa olunur
İtaliyada muzeydə yıxılan ziyarətçi XVI əsrə aid rəsm əsərini təsadüfən zədələyib
Ekvadorda prezident seçkiləri ikinci tura qalıb
Cənubi Koreyada neft emalı zavodunda partlayış olub, itkin düşən və yaralananlar var
Həftədə bir yumurta yemək ürək xəstəliklərindən ölüm riskini azalda bilər –ARAŞDIRMA