Bakıda yeni quraşdırılmış işıqfor qəza nəticəsində yararsız vəziyyətə düşüb
Bakı, 25 yanvar, AZƏRTAC
Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) AZƏRTAC-a bildirilib ki, yeni quraşdırılmış işıqfor qəza zamanı yararsız vəziyyətə düşüb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni işıqforun quraşdırılması işlərinə başlanılacaq.
Ötən il 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
2024-cü ildə bələdiyyələrin yerli büdcə gəlirləri əvvəlki illə müqayisədə 18,6 faiz artıb