×
A
A
A
Sazlamalar

Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq XƏBƏRDARLIQ

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycanın rayonlarında yanvarın 26-dan 27-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Yağıntının əsasən şərq rayonlarında (Lənkəran-Astara, Mərkəzi Aran) intensivləşəcəyi ehtimal olunur.

Cəmiyyət 2025-01-25 14:01:00