Parisdə azərbaycanlı gənc rejissorun filmi nümayiş olunub
Paris, 25 yanvar, AZƏRTAC
Parisin “L’Arlequin” kino zalında 2024-cü ildə Nantda keçirilmiş “3 Qitə Festivalı”nın (Festival des 3 Continents) mükafatlarına layiq görülmüş azərbaycanlı gənc rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, festivalın münsiflər heyəti tərəfindən “Kinomexanikin qayıdışı” filmi “Nant-Atlantik hava limanı” xüsusi mükafatı və “Gənc münsif” mükafatına layiq görülüb. Film ARTE ZDF və CNC tərəfindən dəstəklənib.
Nant və Luar–Atlantik şəhərlərindən sonra paytaxt Paris yanvarın 26-dək festivalın qalib filmlərini yerli kinosevərlərə təqdim edəcək.
Lənkəranda anadan olmuş Orxan Ağazadə 2006-2011-ci illərdə Bakı Slavyan Universitetində jurnalistika üzrə bakalavr təhsili aldıqdan sonra, 2015-2018-ci illərdə Böyük Britaniyada “London Film School”da magistratura üzrə təhsilini davam etdirib. O, hələ tələbəlik illərində çəkmiş olduğu qısametrajlı sənədli və bədii filmləri ilə nüfuzlu festivallarda iştirak edib. İlk filmi olan “Leninə məktub”un premyerası Almaniyanın “Leipzig İnternational Film” Festivalında baş tutub.
Qeyd edək ki, 1979-cu ildə yaradıldığı gündən “Üç Qitə Festivalı” beynəlxalq şöhrət qazanıb və fransız kino sevənləri arasında yerini təsdiqləyib.
İstanbulun tarixi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib
Dövlət Turizm Agentliyi 2024-cü il üzrə onlayn xəbər bülleteni hazırlayıb
Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM