×
A
A
A
Sazlamalar

Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

Zaqatala, 25 yanvar, AZƏRTAC

Zaqatalanın Axaxdərə kənd sakininin dağlıq ərazidə ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri hüquq-mühafizə orqanlarına istinadən bildirir ki, Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və bu zaman əlindəki ov silahından atəş açılıb. Zaqatala Rayon Prokurorluğunda fakta görə cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.

03:53

Zaqatalada yüksək dağlıq ərazidən meyit tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. Axaxdərə kənd sakini, 32 yaşlı Hüseyn Məmmədovun meyiti Əlibəy zirvəsində yaxınları tərəfindən tapılıb. İlkin ehtimala görə Hüseyn Məmmədov vəhşi heyvan hücumuna məruz qalıb.

Regionlar 2025-01-25 09:31:00