“Fənərbağça”nın sabiq baş məşqçisinin yeni klubu bəlli olub
Bakı, 25 yanvar, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandasının sabiq baş məşqçisi İsmail Kartalın yeni iş yeri bəlli olub.
AZƏRTAC xəbər verir ki, 63 yaşlı mütəxəssis İran təmsilçisi “Persepolis” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla 18 aylıq müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, “Persepolis” hazırda İran çempionatında 30 xalla dördüncü pillədə qərarlaşıb.
“Sumqayıt”la oyun “Zirə” üçün 2 yubileylə əlamətdar olub
Azərbaycan çimərlik voleybolu üzrə Avropa ölkələrinin reytinqində birinci sıradadır
Premyer Liqa: XXIII tura 2 oyunla yekun vurulacaq
İtaliya A Seriyası: “Yuventus” “İnter”i məğlub edib
Bundesliqa: “Ayntraxt Frankfurt” doğma meydanda, “Hoffenhaym” və “Maynts” isə səfərdə qələbə qazanıb