×
A
A
A
Sazlamalar

“Kəpəz” yeni futbolçu transfer edib

Bakı, 24 yanvar, AZƏRTAC

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Gəncə təmsilçisi Trent Buhagiarı transfer edib. Yarımmüdafiəçi ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb.
Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi Vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından “Breşiya” olub.


İdman 2025-01-24 21:31:00