Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək
Naxçıvan, 24 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzi Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa başlayır.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna universitetin Media və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib. Öncə rəsmilər startap komandalarının layihələrinin təqdim olunduğu stendlərə baxıblar. Sonra Dövlət Agentliyi və layihəyə yeni qoşulan Naxçıvan Dövlət Universiteti arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən agentliyin Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkı ilə əməkdaşlığı nəzərdə tutulur.
Anlaşma memorandumunu Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev imzalayıblar.
Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
ADAU-da Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunan regional konfrans keçirilib
Naxçıvanda ötən il təsərrüfat subyektlərinə 410 milyon 27 min manat kredit verilib