×
A
A
A
Sazlamalar

Ötən il istehlakçılara 426 min manat geri qaytarılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 2024-cü il ərzində istehlakçılardan daxil olan müraciətlər nəzərə alınmaqla təmin olunmuş 2702 müraciət əsasında 436 min manatadək vəsait istehlakçılara qaytarılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən sahibkar-istehlakçı münasibətlərinin tənzimlənməsi və istehlakçıların qanuni maraqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərlə müştəri məmnuniyyətinin və etibarlılığın təmin edilməsinə nail olunur.

İqtisadiyyat 2025-01-24 18:49:00