Güləş üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək
Bakı, 24 yanvar, AZƏRTAC
Fevralın 11-dən 14-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a bildiriblər ki, bu yarış ilk dəfə Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək. AGF-nin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi ölkə çempionatını beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.
Turnirin ilk 2 günündə sərbəst, növbəti 2 günündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan çempionatın görüşləri hər gün saat 10:00-da başlanacaq. Medallar uğrunda qarşılaşmalara isə saat 16:30-da start veriləcək.
Çimərlik voleybolçularımız Misirdə dünya çempionatında iştirak edəcəklər
Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb
Avropa Liqası: “Qalatasaray” məğlub olub, “Ayaks” qalib gəlib
Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb