Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ə.Əsədov Azərbaycan ilə Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub
Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib