×
A
A
A
Sazlamalar

DİN: 2024-cü ildə qanunsuz dövriyyədən 4714 kiloqram narkotik vasitə çıxarılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Ötən il qanunsuz dövriyyədən 2023-cü illə müqayisədə 250 kiloqram çox - 4 ton 714 kiloqram narkotik vasitə çıxarılıb, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir general-polkovnik Vilayət Eyvazov bildirib.
Nazir bu cinayətlərlə mübarizədə vətəndaşların məlumatları əsasında bir çox uğurlu əməliyyatların keçirildiyini, müşahidə olunan müsbət təmayüllərin günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğunu, Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən blogerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.

Cəmiyyət 2025-01-24 16:07:00