“Psix” yenidən Musiqili Teatrın səhnəsində
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, 18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni Ər-Toğruldur.
Tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib.
Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı teatrın baş rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
“Psix”də Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edəcək. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev xidmətçi obrazlarında səhnəyə çıxacaqlar.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək mümkündür.
Gürcü musiqiçilər “Baku Piano Festival-2025” çərçivəsində rok-konsert veriblər
Alman-Azərbaycan Dostluq Həftəsi çərçivəsində konsert proqramı təqdim olunub
Azərbaycan rusiyalı turistlərin səyahət istiqamətləri siyahısına başçılıq edir
Əməkdar rəssam Natiq Səfərovun 65 illiyinə həsr olunmuş sərgi açılacaq
Mədəniyyət Nazirliyi keçən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub