“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər
Bakı, 24 yanvar, AZƏRTAC
“Boko Haram” silahlıları Nigeriyanın şimal-şərqindəki Borno əyalətində azı 20 nəfəri öldürüblər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, silahlılar tərəfindən Gədan Qarı kəndinə qəfil hücum nəticəsində ölənlər arasında bir uşaq da var.
Borno əyalətinin hərbçiləri və rəsmiləri hücumla bağlı hələlik şərh verməyiblər.
Qeyd edək ki, 2009-cu ildən “Boko Haram” qruplaşması əvvəlcə Nigeriya, daha sonra Niger, Çad və Kamerun ərazisində fəaliyyətə başlayıb. Yaraqlılar islam dövlət yaratmaq məqsədilə hərbi postlara və polis məntəqələrinə, mülki şəxslərə hücum edirlər.
Aral dənizinin şimalında su balansı bərpa olunur
İtaliyada muzeydə yıxılan ziyarətçi XVI əsrə aid rəsm əsərini təsadüfən zədələyib
Ekvadorda prezident seçkiləri ikinci tura qalıb
Cənubi Koreyada neft emalı zavodunda partlayış olub, itkin düşən və yaralananlar var
Həftədə bir yumurta yemək ürək xəstəliklərindən ölüm riskini azalda bilər –ARAŞDIRMA