×
A
A
A
Sazlamalar

Naxçıvanda Məhkəmə Ekspertizası Mərkəzinə təyin olunmuş işlərin 93 faizi həll edilib

Naxçıvan, 24 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində 2023-cü illə müqayisədə işlərin sayı 313 iş artaraq 1608-ə çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ekspertlər tərəfindən 177 min 151 obyektin tədqiqatı aparılıb, ekspertlər qarşısında 3274 sual qoyulub, onlardan 3272 suala cavab verilməklə qaldırılmış məsələlər 93 faiz həll edilib. Qanunvericilik sahəsində səmərəliliyin artırılması və qəbul edilmiş hüquqi aktların dövlət reyestrinə daxil edilməsi işi diqqətdə saxlanılıb, 3962 hüquqi akt reyestrə daxil edilib, 19 normativ-hüquqi aktın layihəsi hazırlanıb, 105 normativ-hüquqi aktın layihəsinə dair rəy verilib, 11 hüquqi aktın məcburi hüquqi ekspertizası keçirilib. Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrinin milli qanunvericilik bazası olan e-qanun.az elektron resursuna inteqrasiya olunması ilə əlaqədar işlər tamamlanıb.

 

Regionlar 2025-01-24 04:06:00