Tallində azərbaycanlı rəssamın sərgisi açılıb
Bakı, 23 yanvar, AZƏRTAC
Estoniyanın paytaxtı Tallin şəhərindəki “Kaja” Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Rövşən Nurun “Rəngarəng qış” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, rəssamın doğma Azərbaycanın ab-havasında yaratdığı əsərləri tamaşaçıları zəngin rənglər və ifadəli formalar sayəsində Tallinin soyuq qış mənzərələrinin canlandığı qeyri-adi aləmə aparır.
Rəssam qeyri-adi rənglər palitrasından istifadə edərək ilin ən soyuq aylarında belə tamaşaçıda istilik və rahatlıq emosiyaları oyadan unikal kompozisiyalar yaradır. Detallara xüsusi diqqət yetirilir. Azərbaycan bədii ənənəsindən ilhamlanan naxışlar eston təbiətinin qış motivləri ilə harmonik şəkildə uyğunlaşır.
Azərbaycanlı rəssam Rövşən Nur iyirmi ilə yaxındır Estoniyada yaşayır. Bir çox beynəlxalq sərgilərin iştirakçısı olan rəssam mütəmadi olaraq estonları Azərbaycan incəsənəti və mədəniyyəti ilə yaxından tanış etmək üçün tədbirlər təşkil edir. Onun təşkil etdiyi ustad dərsləri sayəsində çoxları Azərbaycanın milli sənətkarlığı və mədəni ənənələri ilə yaxından tanış olmaq imkanı qazanıb.
Qeyd edək ki, sərgi fevralın 17-dək davam edəcək.
Ana dili xalqın tarixinin, mədəniyyətinin və kimliyinin əbədi izidir
Moskvada Polad Bülbüloğlunun yubiley konserti olub
Bakıda tatar maarifçisi Kayum Nasirinin 200 illiyi qeyd olunub
Milli Kitabxanada Əlağa Vahidə həsr olunan virtual sərgi təqdim edilib