AQTA sədri sahibkarların müraciətlərini dinləyib
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların müraciətlərini dinləyib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, AQTA sədri sahibkarların müraciətlərini və təkliflərini dinləyib, suallarını cavablandırıb, ayrı-ayrı məsələlər üzrə aidiyyəti üzrə göstərişlər verib.
Sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı zamanı təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacib olduğu onların diqqətinə çatdırılıb.
Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək üçün ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrəsini göstərməklə [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazılmaq olar.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Sumqayıt və Abşeronda evlərdən oğurluq edənlər saxlanılıblar
Elektron siqaret çəkmək xərçəng, ağciyər və ürək xəstəlikləri riskini artırır
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 11 faiz artım qeydə alınıb
Avtomobildə qanunsuz olaraq daşınan narkotik vasitə aşkarlanıb