Oğuzda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var
Oğuz, 23 yanvar, AZƏRTAC
Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Mingəçevir şəhər sakini 31 yaşlı Afiq Hacıyevin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq ağaca dəyib və aşıb.
Nəticədə sürücü və onun sərnişini 21 yaşlı Fatimə Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bilyard üzrə Sumqayıt şəhər birinciliyinin qalibləri bəlli olub
Sitrus bağlarını şaxtadan qorumaq üçün müasir texnologiyalar tətbiq olunur FOTO
Ötən il 6,4 milyon manat aqrar sığorta ödənişi həyata keçirilib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var
Şimal-qərb bölgəsi üzrə təhsil müəssisələrindəki vakant vəzifələrə 610 namizəd imtahan verib