Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb
Bakı, 23 yanvar, AZƏRTAC
Son 10 ildə Orta Dəhliz üzrə yükdaşımalarda müsbət nəticələr qeydə alınıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, bu dinamika özünü gəmi-bərələrlə daşınan avtotexnika (TİR) və vaqonların sayında da göstərir.
Belə ki, 2015-ci ildə 38 min 79 ədəd avtotexnika (TİR) və vaqon daşınması həyata keçirilmişdirsə, 2024-cü ildə bu say 77 min 71 ədədə çatıb. Bu da ümumilikdə 102,4 faiz və ya 2 dəfədən çox artım deməkdir.
Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu
"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi
Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,6 milyard manatlıq məhsul satılıb
Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib