Bakıda yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunub
Bakı, 23 yanvar, AZƏRTAC
Bakıda yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar olunub.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib. Abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib. Əraziyə dəvət olunmuş aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb. Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub.
Buna baxmayaraq yanvarın 19-da qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib. Aşkar olunmuş fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb.
Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir.
Ana dili xalqın tarixinin, mədəniyyətinin və kimliyinin əbədi izidir
Moskvada Polad Bülbüloğlunun yubiley konserti olub
Bakıda tatar maarifçisi Kayum Nasirinin 200 illiyi qeyd olunub
Milli Kitabxanada Əlağa Vahidə həsr olunan virtual sərgi təqdim edilib