“Qalatasaray” futbolçusunu ABŞ klubuna icarəyə verib
Bakı, 22 yanvar, AZƏRTAC
Türkiyənin “Qalatasaray” komandası futbolçusu Vilfrid Zahanı ABŞ-ın “Şarlott” klubuna icarəyə verib.
AZƏRTAC İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, Kot-d'İvuardan olan hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
MLS təmsilçisi 32 yaşlı vinger üçün “Qalatasaray”a 2,8 milyon ABŞ dolları ödəyəcək.
Qeyd edək ki, Vilfrid Zaha cari mövsümün ilk yarısını icarə əsasında Fransanın “Lion” komandasında keçirib.
Çimərlik voleybolçularımız Misirdə dünya çempionatında iştirak edəcəklər
Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb
Avropa Liqası: “Qalatasaray” məğlub olub, “Ayaks” qalib gəlib
Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb