Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əli Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO
Milli Məclisin sədri və Somali Prezidenti birgə işçi nahar ediblər