Kamerunlu futbolçu: "Qarabağ"a qarşı oynamaq asan olmayacaq
Bakı, 22 yanvar, AZƏRTAC
"Sabahkı oyuna fokuslanmışıq. Düşünürük ki, buradan yaxşı nəticə ilə ayrılacağıq".
AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın FKSB klubunun futbolçusu Coyskim Dava UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri VII tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Kamerunlu müdafiəçi yalnız pozitiv nəticəyə kökləndiklərini söyləyib: "Buraya qələbə qazanmaq üçün gəlmişik. Əsas məqsədimiz sabah ortaya yaxşı iş qoymaqdır. "Qarabağ" hücumameyilli komandadır. Onlara qarşı oynamaq asan olmayacaq. Səfərdə oynadığımız üçün üstünlüyün meydan sahiblərində olduğunu düşünürəm".
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.
Azərbaycan İdman Akademiyasında Koventri Universitetinə qəbul olunan tələbələrlə görüş keçirilib
Azərbaycan Kuboku: "Qarabağ" çətin qələbə qazanıb
Azərbaycan badmintonçusu: İstənilən rəqiblə mübarizə apara biləcək gücdəyik
Türkiyə Kuboku: "Qalatasaray" qrup mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər