Ov mövsümü açıq elan edilib
Bakı, 22 yanvar, AZƏRTAC
Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və yanvarın 22-dən Azərbaycan ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
Bu barədə AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.
Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilər: "Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı qaydaların mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılan ovçuluq təsərrüffatlarının sahələrindən istifadə etsinlər".
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Elçin Xələfov: Hakimliyə 207 namizəd yazılı imtahanda iştirak edib
Yol-nəqliyyat hadisəsi Bakı-Sumqayıt şosesində sıxlığa səbəb olub
Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib
FHN: Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb