Azərbaycan Ordusunun iki zabiti Çin Hərbi Akademiyasının kursunu uğurla bitirib
Bakı, 22 yanvar, AZƏRTAC
Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Qərargah Zabiti Kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Ordusunun 2 zabiti akademiyanı uğurla başa vuraraq qırmızı diploma, sertifikata və döş nişanına layiq görülüblər.
Qeyd edək ki, “Qərargah Zabiti Kursu”nda 21 ölkədən 47 xarici hərbi qulluqçu təhsil alıb.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimi və dialoqunda iştirak edirlər
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib
Mərkəzi Hərbi Poliklinikada simpozium: tibbi elmi araşdırmalar təqdim edilib
“Qış təlimi-2025”in “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib