Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Xaçmaz, Xınalıq, Qusar, Neftçala, Şamaxı, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Şabran, Siyəzən, Xızı, Altıağacda narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
Sumqayıt və Abşeronda evlərdən oğurluq edənlər saxlanılıblar
Elektron siqaret çəkmək xərçəng, ağciyər və ürək xəstəlikləri riskini artırır
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 11 faiz artım qeydə alınıb
Avtomobildə qanunsuz olaraq daşınan narkotik vasitə aşkarlanıb
Həkim–terapevt: Pnevmoniya vaxtında müalicə edilərsə, əksər insanlarda tam sağalma mümkündür