Baş Prokurorluq: Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 54,4 milyon dollar ölkəyə qaytarılıb
Bakı, 22 yanvar, AZƏRTAC
Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında başlanan cinayət işlərinin ibtidai istintaqı davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək Bakının Nizami, Qaradağ və Binəqədi Rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 54,4 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 92,4 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin olunub.
Prokurorluq orqanları tərəfindən həmin kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə olunan pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması sahəsində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
Ötən il 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
2024-cü ildə bələdiyyələrin yerli büdcə gəlirləri əvvəlki illə müqayisədə 18,6 faiz artıb