Gəncə Dövlət Universiteti "Times Higher Education Ətraf mühit liderliyinə müstəsna töhfə" mükafatına namizədliyini irəli sürüb
Gəncə, 22 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universiteti (GDU) “Times Higher Education” Asiya Ali Təhsil Mükafatları Müsabiqəsində ölkəmizdə ilk dəfə Ətraf Mühit kateqoriyasında seçilmiş 8 universitet siyahısına düşüb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müsabiqədə Gəncə Dövlət Universiteti “Ətraf Mühitə Verilən Müstəsna Töhfə” kateqoriyasında iştirak edib. Universitet müsabiqəyə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı və Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhfələr əsasında müraciət edib.
Qeyd edək ki, Gəncə Dövlət Universiteti Asiya ölkələri üzrə bu mükafata namizədliyini irəli sürən 80 universitetdən biridir.
Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının iclası keçirilib
AMEA Beynəlxalq Elmi Şuranın Baş Assambleyasının iclasında təmsil olunub
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Azərbaycanlı professor Moskva İslam İnstitutunun tələbə və müəllim heyətinə məruzə oxuyub