Türkiyənin ölkəmizdəki səfiri Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib
Bakı, 22 yanvar, AZƏRTAC
Ölkəmizdə fəaliyyət müddətini başa vurmaqda olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yanvarın 22-də Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib.
AZƏRTAC xəbər verir ki, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli əvvəlcə Türkiyənin Bolu vilayətinin Kartalkaya qəsəbəsində baş vermiş yanğınla bağlı qardaş ölkənin diplomatına başsağlığını ifadə edib.
Əziz Ələkbərli iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfələrə və Qərbi Azərbaycan məsələsində göstərdiyi mənəvi dəstəyə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Cahit Bağçı Azərbaycanda səfir kimi fəaliyyətinin onda silinməz xatirələr buraxdığını qeyd edərək, insan hüquqları məsələsi olan Qərbi Azərbaycan mövzusuna Türkiyənin həmişə dəstək verəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO
USAID: Qlobal inkişaf aləti, yoxsa geosiyasi təsir vasitəsi? TƏHLİL
Vado Şakarişvili: USAID sülhün deyil, müharibələrin, antidemokratiyanın, korrupsiyanın beşiyi olub