Yevlaxda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil edilib
Yevlax, 22 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində təşkil edilən treninqlərdə 52 saylı Yevlax seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının, ümumilikdə, 318 üzvünün iştirakı nəzərdə tutulur.
Dairə Seçki Komissiyasının sədri Yaşar Abbasov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır. Treninqlər gün ərzində iki dəfə olmaqla keçirilir. İştirakçılara slaydların köməyi ilə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır. Aşağı seçki komissiyası üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur. Treninqlər yanvarın 24-də başa çatacaq.
Dairə üzrə 3 bələdiyyəyə, ümumilikdə, 39 nəfər bələdiyyə üzvü seçiləcək. Qeydə alınan namizədlərin sayı 72 nəfərdir.
Zaqatalada avtomobil aşıb, iki nəfər yaralanıb
Şəkidə fərdi yaşayış evində yanğın baş verib
Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan sərgi açılıb