Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib
Bakı, 22 yanvar, AZƏRTAC
2024-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
O əlavə edib ki, Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə xidmət edən “Azexport” portalının Türkiyə, Rusiya və Özbəkistanın “Trendyol”, “Ozon”, “Uzum” platformalarına inteqrasiyası reallaşdırılıb.
Prezidentin köməkçisi: Hazırda Azərbaycan 54 ortagəlirli ölkələr sırasındadır
Dünya birjalarında neft bahalaşıb
“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib