Türkiyənin 43 əyalətində terrorçuluqda şübhəli bilinən 240 nəfər saxlanılıb
Ankara, 22 yanvar, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 240 nəfərin saxlanıldığı barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, DİN rəhbərinin sosial şəbəkələrdə paylaşılan məlumatında qeyd olunur ki, əməliyyatlar ölkənin 43 əyalətində aparılıb.
Saxlanılanlar terror təşkilatlarının maliyyələşdirilməsində və təbliğində, həmçinin bir sıra cinayət əməllərində iştirak etməkdə şübhəli bilinirlər. Axtarış zamanı qeydiyyatsız silah və qadağan olunmuş ədəbiyyat aşkar edilib.
“Türkiyə gündəmindən terrorçuluq problemini tam aradan qaldırmaq üçün lazım olan bütün tədbirləri görürük” – deyə Yerlikaya bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu gün 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayır
Tənhalıq müəyyən xəstəliklərin riskini artıra bilər - ARAŞDIRMA
Monteneqroda 74 yeni çimərlik zonası yaradılıb