İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb
Bakı, 22 yanvar, AZƏRTAC
İndoneziyada Mərkəzi Yava adasının Pekalonqan şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb. Ümumilikdə 1715 ailəyə ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı İndoneziyanın xəbər agentliyi olan ANTARA məlumat yayıb. Bildirilib ki, torpaq sürüşməsi səbəbindən bir çox kənd və qəsəbə yolları bağlanıb, elektrik enerjisinin verilişi dayandırılıb.
Bazar ertəsindən bəri yağan güclü yağışlar bir sıra regionlarda daşqınlara səbəb olub. Bleqa rayonunda bir sıra ibadət yerləri, təhsil ocaqları sel suları altında qalıb.
İtaliyanın göndərdiyi 15 ton humanitar yardım Qəzzaya çatıb
Şimali Makedoniyada hökumətin keçmiş xidmət rəisi korrupsiyada ittiham olunur
Angela Merkel siyasi partiyalara mübahisə əvəzinə müzakirə aparmaq barədə çağırış edib
Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər