Vedat Bilgin: İqlim dəyişikliyi və sağlamlıq məsələləri fövqəladə haldır
Bakı, 22 yanvar, AZƏRTAC
İqlim dəyişikliyi və sağlamlıq məsələləri fövqəladə haldır. Hazırda bu məsələlərin nə qədər əhəmiyyətli olduğunu daha aydın görürük.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komissiyasının sədri Vedat Bilgin yanvarın 22-də TÜRKPA üzvü olan parlamentlərin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı səsləndirib.
O bildirib ki, insan və təbiət arasında tarazlığın qurulması yalnız bir cəmiyyət və ya ölkə ilə məhdudlaşmır, bu tarazlıq bütün insanlığı əhatə edən nəticələrə gətirib çıxarır.
“Havaya buraxılan karbon dioksid səviyyəsinin sürətlə artması ətraf mühitə və insan həyatına ciddi ziyan vurur. Bu, iqlimə birbaşa təsir edir və müxtəlif fəsadlara səbəb olur. Məsələn, xərçəng xəstəliklərinin yayılma sürətinin artması, iqlim dəyişikliyinin intensiv yaşandığı bölgələrdə quraqlığın yaranması, fəsillərin dəyişməsi və ya müddətlərinin qısalması, qarın yağmaması kimi təbiət hadisələri müşahidə edilir. Eyni zamanda, su mənbələrinin çirklənməsi və pozulması kimi hallar insan həyatını təmin edən əsas ehtiyaclara ciddi təsir göstərir”, - deyə Vedat Bilgin vurğulayıb.
Bakı, Sumqayıt, Lənkəran və Xaçmazda ağac və kolların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Azərbaycanda havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ VİDEO
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
BMT yaşlı insanların iqlim sağlamlığı ilə bağlı həyəcan təbili çalır