Hava şəraiti arabir yağıntılı olacaq
Bakı, 22 yanvar, AZƏRTAC
Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Avropa Günü münasibətilə “EuroVillage 2025” tədbiri keçirilib VİDEO
Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Ramanada sursat aşkar edilib VİDEO
“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib