AMB sədri: Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib
Bakı, 22 yanvar, AZƏRTAC
2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5,5 milyard dollar) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.
“Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 5,5 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Bu şəraitdə 2024-cü ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb”, - deyə Taleh Kazımov vurğulayıb.
Yuxarı Mil kanalından 158 min kubmetrdən çox lil təmizlənib
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 67 minə yaxın müraciət olub
Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB
® “Expressbank”ın əməkdaşları Uşaq Onkologiya Mərkəzini ziyarət ediblər