Tovuzda silahlı narkokuryer saxlanılıb
Tovuz, 22 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş 49 yaşlı C.Bayramov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan 4 kiloqram marixauana və tiryək, 1 ədəd avtomat, həmin silaha aid daraq və 4 ədəd patron aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, C. Bayramov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisindəki qəbiristanlıqların birində gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı, satış məqsədi ilə əldə edib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
ADAU-da Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunan regional konfrans keçirilib
Naxçıvanda ötən il təsərrüfat subyektlərinə 410 milyon 27 min manat kredit verilib