ƏMAS-dakı əmək müqavilələrinin 65,4 mini əlilliyi olan şəxslərlə bağlanıb
Bakı, 22 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” (ƏMAS) altsistemində mövcud olan əmək müqavilələrinin 65 min 412-si əlilliyi olan şəxslərlə bağlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 40 min 806-sı dövlət, 24 min 606-sı isə qeyri-dövlət sektorunda çalışır. Həmin şəxslər ən çox təhsil, səhiyyə, sosial müdafiə, topdan və pərakəndə ticarət və s. kimi fəaliyyət növləri üzrə əmək fəaliyyətinə cəlb olunublar.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ƏMAS üzərindən əmək hüquqlarının təminatına, həmçinin işləyən əlilliyi olan şəxslərin hüquqlarının, əmək münasibətləri sahəsində güzəşt və təminatlarının icrasına daimi dövlət nəzarəti həyata keçirilir.
Azərbaycanın bəzi çaylarında sululuq artıb
Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
Sumqayıtda əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgisi təşkil olunub
Almatıda "Qərbi Azərbaycana Qayıdış Çağırışları" mövzusunda forum keçirilib