Mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüş olub
Bakı, 22 yanvar, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2024/2025-ci tədris ilinin yaz semestrində mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Görüşdə rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin onların peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.
Qeyd edək ki, BANM-in ümumilikdə 24 tələbəsi Portuqaliya, Almaniya, İspaniya, Türkiyə, Bolqarıstan və Serbiya universitetlərində təhsil almaq imkanı əldə edib.
BANM tələbəsi Yaponiyada təcrübə proqramını başa vurub
Bakı Mühəndislik Universitetində yaz semestri başlayıb
BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb