Avropa Liqası: “Beşiktaş” İspaniya klubuna qarşı
Bakı, 22 yanvar, AZƏRTAC
UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda bu gün daha bir oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu doğma meydanda İspaniyanın “Atletik” komandasını qəbul edəcək. “Vodofon Park” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu, Ule Qunnar Sulşerin “qara qartallar”ın sükanı arxasında ilk sınağı olacaq.
Hazırda İstanbul təmsilçisi 6 xalla 28-ci, Bilbao klubu isə 16 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, VII turun açılış matçında Türkiyənin digər komandası “Qalatasaray” evdə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə məhsuldar heç-heçə edib – 3:3. Bu raundun digər oyunları yanvarın 23-də keçiriləcək.
Azərbaycan boksçularından Serbiyada 6 medal
Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub
Misli Premyer Liqası: “Sumqayıt” “Şamaxı”, “Turan Tovuz” “Sabah” səfərində
“Real” - “Atletiko Madrid” görüşü heç-heçə ilə başa çatıb
Bundesliqa: “Borussiya Dortmund” evdə məğlub olub, “Bayer Leverkuzen” isə səfərdə xal itirib