AMB inflyasiya proqnozunu açıqlayıb
Bakı, 22 yanvar, AZƏRTAC
Mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Faiz dəhlizinin parametrləri haqqında” yaydığı məlumatda bildirilib.
“Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5,5 faiz, 2026-cı ildə 3,8 faiz ətrafında olacağı gözlənilir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Mərkəzi Bank qanunvericiliklə müəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərinin sabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcək”, - deyə AMB-nin məlumatında bildirilir.
Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır
® “Azercell” Şəkinin qadın sahibkarlarını dəstəkləyir
Azərbaycanda orta aylıq əməkhaqqı 8 faiz artıb
SOCAR və BƏƏ neft şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycanda fəaliyyət göstərən operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq