Ötən il Energetika Nazirliyi tərəfindən 194 icazə verilib
Bakı, 22 yanvar, AZƏRTAC
2024-cü il ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 194 icazə verilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı üzrə 13, idxalı üzrə 142 və tranziti üzrə 32 icazə verilib.
İl ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 2, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə ilə bağlı 1, elektrik enerjisinin istehsalına 3, ixracına isə 1 icazə verilib.
Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
“Azərişıq” ASC Medianın İnkişafı Agentliyi ilə birgə Zəngilana mediatur təşkil edib
® Yeni bir dövrün başlanğıcı: Bir ekosistem ictimaiyyətə təqdim olundu
® “Unibank” işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb
İzmirdə Azərbaycan ilə Türkiyənin iş adamları birgə fəaliyyət imkanlarını müzakirə ediblər
Adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin sayı açıqlanıb