Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2 faiz) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır
® “Azercell” Şəkinin qadın sahibkarlarını dəstəkləyir
Azərbaycanda orta aylıq əməkhaqqı 8 faiz artıb
SOCAR və BƏƏ neft şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycanda fəaliyyət göstərən operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq